Mayın 5-də ABŞ-ın Nyu-York şəhərində erməni vandallığını əks etdirən Qarabağ sərgi keçiriləcək.
Bu barədə “Report”
Dağıntı qalaqları sənədli film ustası Fabrisio Kontini heyrətləndirib
Nəşr qeyd edib ki, cəmi 30 il əvvəl Azərbaycanın Ağdam şəhərində 60 min sakin yaşayıb: “Orada teatr, kinoteatr, hava limanı var idi. İndi bu, təbiətin zəbt etdiyi dağıntı qalaqlarına çevrilmiş binalar və çox az sayda ziyarətçi üçün orda-burda parıldayan həyat əlamətlərinin olduğu məkandır. Bütün bunlar belə sirli, təhlükəli, bəzən əlçatmaz yerə getməyə qərar verən yaradıcı, kinorejissor, sənədli film ustası Fabrisio Kontini heyrətləndirdi. Onun niyyəti sonsuz döyüşlərin ardınca baş verən dağıntı və ümidsizliyi, eləcə də insanların tərk etdiyi yerlərin sağ qalmasının viranəliyini çəkmək idi.
Beləliklə, Kontinin layihəsi genişdir: Ağdam və digər kəndlərinin tərk edildiyi Qarabağ dünyaya səpələnmiş ruhlar şəhərlərini birləşdirəcək hesabatlardan yalnız birincisidir”.
Müəllif: "İstədim ki, Ermənistanın işğalı zamanı məhv edilən Ağdama dair foto və videolarım danışsın"
“Mən ilk dəfə 2021-ci ilin fevralında Ağdama səfər etmişəm; - layihəmə oradan başlamaq istədim. Ərazi minalanıb. Bir vaxtlar çiçəklənən şəhərə ilk dəfə daxil olanda gördüklərimi sözlə ifadə etmək çətindir; bu səbəbdən, istədim ki, Ermənistanın işğalı zamanı, həyatı tədricən məhv edilən, Ağdamı dünyanın ən böyük xəyal şəhərinə çevirən, sistematik dağıntılardan bəhs edən foto və videolarım “danışsın”, - Fabrisio deyib.
Beləliklə, bu bir urbisiddir və əslində sərgi adından tutmuş, tarixdə ən məşhur sistematik dağıntılara - Romaya meydan oxumağa cəsarət edən Karfagenə hörmət edir. Digər tərəfdən, Ağdamın dağıdılmasında məqsəd birdir: Azərbaycan xalqının öz şəhərlərinə qayıtmasının qarşısını almaq.
Angelo Bucarelli: “Fabrisio Konti Qarabağı yad etmək üçün Ağdama səfər etmək qərarına gəldi”
“Fabrisio Konti öz töhfəsini vermək, Qarabağı yad etmək üçün Ağdama səfər etmək qərarına gələndə, hər yerə səpələnmiş minaların yaratdığı təhlükəyə qarşı duraraq, tərk edilmiş şəhərin səssizliyinə doğru addımladı. İl yarımdır yerli sakinlərlə müsahibələr aparan, şəkillər, film çəkən, həmişə öz missiyasına dalmış biri üçün bu gün həmin ərazinin heç bir sirri yoxdur. Kontinin topladığı material təkcə povest qabiliyyətini deyil, həm də retuş tələb etməyən rəsm kimi hər bir fərdi obrazı birləşdirməyə bədii yanaşmanı ortaya qoyur”, - kurator Angelo Bucarelli xatırlayır.
Sərgi hər kəsə açıq olacaq və mayın 5-də saat 17:00-dan 21:00-a kimi davam edəcək. Sərgidə Fabrisio Kontinin bütün hesabatının kataloqu, həmçinin sərgidə nümayiş etdirilən 25 fotoşəkil nümayiş etdiriləcək.
Bioqrafik qeydlərə gəlincə qeyd edək ki, Fabrisio Konti, dünyanın ən mühüm institutları və brendləri üçün böyük tədbirlər və layihələrin kuratoru olub.
Şəkillər kataloq şəklində çap edilərək bir çox ölkələrdə sərgilərdə nümayiş olunacaq
Angelo Bucarelli beynəlxalq kurator və ünsiyyət dəyərlərinə diqqət yetirən mədəni tədbirlər və proqramların təşkilatçısıdır. O, İtaliya və ABŞ-da təlim keçib, sənət dünyasının böyük qəhrəmanları ilə bədii və mədəni əməkdaşlıq ssenarisinin şahidlik edib.
Daha əvvəl – aprelin əvvəllərində Bakıda “Four seasons of Shusha” adlı beynəlxalq fotoqraf müsabiqəsinin təqdimatına həsr olunan mətbuat konfransında layihənin kuratoru Angelo Bucarelli də iştirak edib. Bildirilib ki, layihə çərçivəsində bu ilin qış, yaz, yay və payız fəsillərində xarici fotoqrafların Şuşa şəhərinə səfərləri təşkil olunacaq. Angelo Bucarelli bildirib ki, layihə vasitəsilə Azərbaycan mədəni irsi dünyada daha yaxşı tanınacaq:
"Fotoqraflar müxtəlif ölkələrdən ölduğu üçün mədəniyyətlərin birləşməsi mümkün olacaq. Hər mövsüm üçün 30-40 keyfiyyətli fotolar seçiləcək. Toplanan şəkillər kataloq şəklində çap ediləcək. Daha sonra Bakıdan başlayaraq və dünyanın bir çox ölkələrində sərgilər təşkil ediləcək. Şəkillərlə virtual tanışlıq üçün veb sayt yaradılması planlaşdırılır".