Rusiya Ukraynanın mədəni irs obyektlərinə qarşı azı 534 cinayət törədib

Rusiya Ukraynanın mədəni irs obyektlərinə qarşı azı 534 cinayət törədib Rusiya indiyədək Ukraynanın mədəni irs obyektlərinə qarşı azı 534 cinayət törədib.
Mədəniyyət siyasəti
28 Sentyabr , 2023 03:16
Rusiya Ukraynanın mədəni irs obyektlərinə qarşı azı 534 cinayət törədib

Rusiya indiyədək Ukraynanın mədəni irs obyektlərinə qarşı azı 534 cinayət törədib.

“Report” CNN-ə istinadən xəbər verir ki, bu barədə Krım Strateji Araşdırmalar İnstitutu layihəsinin başçısı Elmira Ablialimova-Çiygöz mətbuat konfransında deyib.

Ablialimova-Çiygözün sözlərinə görə, sözügedən suça “mədəni irs obyektlərinin mənimsənilməsi, mədəni sərvətlərdən hərbi məqsədlər üçün istifadə edilməsi, işğal olunmuş ərazilərdən mədəni sərvətlərin verilməsi, muzeylərin talanması, qanunsuz arxeoloji işlərin aparılması, abidələrin modifikasiya və rekonstruksiyası və tarixi yerlərin kontekstsizləşdirilməsi” daxildir.

QHT rəhbəri diqqətə çatdırıb ki, 2022-ci ildən Rusiyanın işğal etdiyi Ukraynanın digər vilayətlərində (Xerson, Luqansk, Zaporojye və Donetsk) 334 cinayət qeydə alınıb. Krımda isə sözügedən pozuntuların sayı 200-dür.

Son xəbərlər

Orphus sistemi