Yuxarı
    Bağlamaq

    "Rossotrudniçestvo"nun rəhbəri: "2017-ci ildə Gəncə şəhərində Rusiya Elm və Mədəniyyət Mərkəzinin filialı açılacaq"

    Filial Rossotrudniçestvo nümayəndəliyinin Bakıda həyata keçirdiyi işlərə oxşar fəaliyyətlə məşğul olacaq

    Moskva. 16 noyabr. REPORT.AZ/ "Gəncə şəhərində 2017-ci ildə Rusiya Elm və Mədəniyyət Mərkəzinin (REMM) filialı açılacaq".

    Bunu "Report"a açıqlamasında Müstəqil Dövlətlər Birliyi, xaricdə yaşayan soydaşlar və beynəlxalq humanitar əməkdaşlıq işləri üzrə Federal Agentliyin (Rossotrudniçestvo) rəhbəri Lyubov Qlebova deyib.

    Onun sözlərinə görə, REMM-in Gəncə filialı "Rossotrudniçestvo" nümayəndəliyinin Bakıda həyata keçirdiyi işlərə oxşar fəaliyyətlə məşğul olacaq.

    L.Qlebova humanitar sahədə əməkdaşlığın inkişaf etdiyini və REMM-in Gəncə filialının açılacağının bunun bariz nümunəsi olduğunu vurğulayıb.

    O bildirib ki, bir ölkədə mərkəzi "Rossotrudniçestvo" nümayəndəliyi və onun filiallarının fəaliyyət göstərməsi təcrübəsi kifayət qədər yayılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi