​"Respublika Xatirə Kitabı" Redaksiyası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilib

Mədəniyyət siyasəti
  • 09 iyun, 2016
  • 13:10
​Respublika Xatirə Kitabı Redaksiyası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilib

Bakı. 9 iyun. REPORT.AZ/ "Respublika Xatirə Kitabı" Redaksiyası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilib.

"Report"un xəbərinə görə, bununla bağlı baş nazir Artur Rasi-zadə qərar imzalayıb.

Bu qərar Azərbaycan Milli Elmlər Akademiyasının təklifi nəzərə alınaraq qəbul olunub.

Qərara əsasən, "Respublika Xatirə Kitabı" Redaksiyasının 2016-cı ildə fəaliyyətini davam etdirməsi üçün tələb olunan xərclərin maliyyələşdirilməsi 2016-cı il dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin "Elm" köməkçi bölməsinin müvafiq paraqrafında Azərbaycan Milli Elmlər Akademiyası üzrə nəzərdə tutulmuş vəsait hesabına təmin ediləcək.

Maliyyə Nazirliyi 2017-ci ildən başlayaraq, "Respublika Xatirə Kitabı" Redaksiyasının fəaliyyəti ilə bağlı xərclərin maliyyələşdirilməsi məqsədi ilə dövlət büdcəsinin xərclərinin müvafiq bölmə və paraqrafında Mədəniyyət və Turizm Nazirliyi üçün vəsaitin proqnozlaşdırılmasını təmin edəcək.