Yuxarı

​Qəbələdə meksikalı rəssamın sərgisi açılıb

“Rəngin simfoniyası” adlı sərgi Bakı, Gəncə və Mingəçevir şəhərlərində də nümayiş olunub

Bakı. 14 iyun. REPORT.AZ/ Qəbələ Mədəniyyət Mərkəzində meksikalı rəssam Marqarita Moralesin sərgisinin açılış mərasimi baş tutub.

Meksikanın Azərbaycandakı səfirliyindən “Report”a verilən məlumata görə, səfirlik tərəfindən təşkil olunan bu sərgi mücərrəd incəsənət heyranlarının sevgisini qazanıb. “Rəngin simfoniyası” adlı sərgi bundan əvvəl Bakı, Gəncə və Mingəçevir şəhərlərində nümayiş olunub.

Diplomatik nümayəndəliyin Azərbaycanda həyata keçirdiyi mədəni tədbirlərin sayı 30-dan çoxdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi