Özbəkistanın "Dunyo boylab" telekanalında Azərbaycan barədə veriliş nümayiş olunub

Özbəkistanın "Dunyo boylab" telekanalında Azərbaycan barədə veriliş nümayiş olunub Veriliş iki hissədən ibarətdir
Mədəniyyət siyasəti
13 Fevral , 2017 20:12
Özbəkistanın Dunyo boylab telekanalında Azərbaycan barədə veriliş nümayiş olunub

Bakı. 13 fevral. REPORT.AZ/ Özbəkistanın "Dunyo boylab" telekanalında "Telesayohat" verilişində növbəti buraxılışına Azərbaycana həsr edib.

Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən "Report"a verilən məlumata görə, "Telesayohat Ozarbayjon" adlanan 2 hissəlik veriliş "Dunyo boylab" telekanalında 5 dəfə nümayiş olunub.

Verilişin 1-ci hissəsində Azərbaycan, paytaxt Bakı, şəhərin turizm imkanları, tarixi binalar, turistlər üçün maraqlı məkanlar, ölkəmizin mədəniyyəti, adət-ənənələri, son illər əldə edilmiş nailiyyətlər geniş işıqlandırılmışdır. Bakının tarixi Qız qalası, İçəri şəhər, habelə müasir memarlıq nümunələri, Heydər Əliyev Mərkəzi, Alov qüllələri, Xalça Muzeyi və s. haqqında verilişdə xüsusi məlumat verilib.

Verilişin 2-ci hissəsində Azərbaycanın Gəncə şəhəri, şəhərin ümumi mənzərəsi, Xan bağı, Cavad xanın məqbərəsi, Nizami məqbərəsi göstərilir və onların tarixi haqqında söz açılır.

Müəllif Azərbaycan təbiətinin incisi Göygöl haqqında məlumat verir, Göygölün füsunkar gözəlliyi onun nəinki Azərbaycanın, dünyanın gəzməli-görməli yerləri siyahısında ön sıralarda olduğunu vurğulayır. 

Son xəbərlər

Orphus sistemi