“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisi müəyyən edilib

“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisi müəyyən edilib “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması ilə bağlı təşkil edilən Komissiyanın növbəti iclası keçirilib
Mədəniyyət siyasəti
7 Aprel , 2024 15:48
“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisi müəyyən edilib

“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması ilə bağlı təşkil edilən Komissiyanın növbəti iclası keçirilib

"Report"un yerli bürosu xəbər verir ki, komissiya tərəfindən Qoruğun sərhədləri və mühafizə zonası müəyyənləşdirilməsi ilə bağlı aparılan işlər haqqında fikir mübadiləsi aparılıb. Bildirilib ki, komissiya tərəfindən ilkin olaraq Qoruğun ərazisi 240 ha müəyyənləşdirilib.

İclasda həmçinin növbəti mərhələdə görüləcək işlər geniş müzakirə olunub.

Qeyd edək ki, 21 fevral 2024-cü il tarixdə Prezident İlham Əliyev “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncamla Ordubad Tarix-Memarlıq Qoruğunun ərazisi “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilib.

Son xəbərlər

Orphus sistemi