Bakı. 4 aprel. REPORT.AZ/ "Zaman-zaman Azərbaycan musiqisinə, kulinariyasına, tarixinə, bütövlükdə mədəni dəyərlərinə vandal münasibəti ilə tarixin bütün vaxtlarında seçilən qonşularımız ermənilər musiqi alətlərimizə də vaxtaşırı hücumlara cəhd edərək onları özününküləşdirməyə, milliləşdirməyə, bir sözlə xəstə təxəyyüllü erməni musiqi alətlərinə çevirməyə çalışıblar".
"Report" xəbər ki, bunu mədəniyyət və turzim nazirinin müavini Ədalət Vəliyev “Azərbaycanın milli musiqi alətləri: Keçmişimiz, bu günümüz” mövzusunda keçirilən elmi-praktiki konfransda çıxışı zamanı deyib.
"Sirr deyil ki, bu gün də proses davam edir. Nazirlik digər əlaqəli dövlət qurumları ilə birgə bu istiqamətdə lazımi addımlar atır. Bundan sonra bu işlər davam edəcək", - nazir müavini əlavə edib.
O, həmçinin qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra musiqi alətlərinin inkişafı ilə bağlı vacib addımlar atılıb.