Nazir: “Azərbaycan türk mədəniyyətlərinin təşviqində TÜRKSOY-a kömək etməyə hazırdır”

Nazir: “Azərbaycan türk mədəniyyətlərinin təşviqində TÜRKSOY-a kömək etməyə hazırdır” “Azərbaycan türk mədəniyyətlərinin birliyinin təşviqində bundan sonra da TÜRKSOY-a köməklik göstərməyə hazırdır”.
Mədəniyyət siyasəti
31 Mart , 2022 13:40
Nazir: “Azərbaycan türk mədəniyyətlərinin təşviqində TÜRKSOY-a kömək etməyə hazırdır”

“Azərbaycan türk mədəniyyətlərinin birliyinin təşviqində bundan sonra da TÜRKSOY-a kömək göstərməyə hazırdır”.

“Report”un Bursaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Daimi Şurasının növbədənkənar iclasında deyib.

Nazir Bursa şəhərini 2022-ci il Türk Dünyası Mədəniyyət Paytaxtı seçilməsi münasibətilə təbrik edərək, bununla əlaqədar keçirilməsi planlaşdırılan bir sıra tədbirin türkdilli ölkələr arasında mədəni əlaqələrin inkişafına kömək edəcəyinə əminliyini bildirib.

O, TÜRKSOY-un 2009-cu ildən etibarən türkdilli ölkələrin irsinin təbliğinə yönəlmiş tədbirlər keçirdiyini xatırladıb.

A.Kərimov TÜRKSOY-un 2017-ci ili "Molla Pənah Vaqif ili" elan etdiyini və bununla əlaqədar bir sıra tədbir keçirdiyini, 2018-ci ildə görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevə tədbir həsr etdiyini, 2019-cu ili “İmadəddin Nəsimi ili” elan etdiyini, bu il isə TÜRKSOY çərçivəsində görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 100 illiyinin qeyd ediləcəyini bildirib.

Nazirin sözlərinə görə, dünyada baş verən münaqişələrə baxmayaraq, türkdilli ölkələr öz birliyini və mədəniyyətinin gücünü nümayiş etdirmək üçün birləşib.

Son xəbərlər

Orphus sistemi