Bakı. 27 oktyabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasının (MR) Mədəniyyət və Turizm Nazirliyinin müəssisələrində 173 vakant ştat mövcuddur.
"Report"un məlumatına görə, nazirliyin bütün rayonlarda yerləşən müəssisələrində boş yerlər var.
Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Sarayında bədii rəhbər, Heydər Əliyev Muzeyində elmi işçi, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında rejissor və aktyor, Naxçıvan dövlət Filarmoniyasında dirijor, orkestr artisti, kamera artisti, vokal üzrə repetitor, rəqsçi artist, "Xan Sarayı" Dövlət Tarix Memarlıq Muzeyində elmi işçi, fəhlə, Bəhruz Kəngərli Muzeyində rəssam yerləri boşdur.
Ümumiyyətlə, Naxçıvan şəhəri üzrə olan müəssisələrdə 23, Kəngərli rayonunun müəssisələrində 5, Ordubadın 55 müəssisəsinin hər birində 1, Culfanın 15, Babəkin 14, Şərurun 53, Sədərək rayonunun 12, Şahbuzun 2 müəssisənin hər birində bir və ya yarım ştat vakant yer var.
Qeyd edək ki, MR-in mədəniyyət və turizm naziri vəzifəsinə bu il sentyabrın 2-də Natəvan Qədimova təyin olunub.