Müvəqqəti işlər vəkili: "Humanitar sahədə əməkdaşlıq Azərbaycanla ABŞ arasındakı güclü əlaqələrin bariz nümunəsidir"

Müvəqqəti işlər vəkili: "Humanitar sahədə əməkdaşlıq Azərbaycanla ABŞ arasındakı güclü əlaqələrin bariz nümunəsidir" Bakı. 8 iyun. REPORT.AZ/ Humanitar sahədə əməkdaşlıq Azərbaycanla ABŞ arasındakı güclü əlaqələrin bariz nümunəsidir.
Mədəniyyət siyasəti
8 İyun , 2018 18:08
Müvəqqəti işlər vəkili: Humanitar sahədə əməkdaşlıq Azərbaycanla ABŞ arasındakı güclü əlaqələrin bariz nümunəsidir
Report

Bakı. 8 iyun. REPORT.AZ/ "Humanitar sahədə əməkdaşlıq Azərbaycanla ABŞ arasındakı güclü əlaqələrin bariz nümunəsidir".

"Report" xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Uilyam Gil Masazırda Laçın rayonundan olan məcburi köçkünlərin uşaqlar üçün nəzərdə tutulmuş məktəbdə "Amerika rəfi"nin ("American shelf") açılışı mərasimində deyib.

Diplomat qeyd edib ki, məktəb ABŞ tərəfindən məcburi köçkünlərin uşaqlarının tamhüquqlu məktəb təhsili alması üçün tikilib: "Təhsildən gözəl şey yoxdur. Bu məktəb ABŞ və Azərbaycan arasındakı möhkəm əməkdaşlığın bariz göstəricisidir. Biz Azərbaycanda məcburi köçkünlərin təhsil şəraitinin yaxşılaşdırılması işinə köməklik göstərməyə sadiqik".

U.Gil bu məktəbin ABŞ-ın məcburi köçkünlər üçün ölkənin müxtəlif yerlərində inşa etdirdiyi 16 məktəbdən biri olduğunu vurğulayıb: "Bu məktəblə onun açılışından bəri əməkdaşlıq edirik. Bu gün özümüzlə gətirdiyimiz Amerika ədəbiyyatı nümunələrinin məktəblilər üçün çox maraqlı və faydalı olacağına ümid edirik".

Son xəbərlər

Orphus sistemi