Müslüm İmranlı: “Basqal tarixi ərazi olduğundan burada yeni tikilinin inşası məsuliyyətli idi”

Müslüm İmranlı: “Basqal tarixi ərazi olduğundan burada yeni tikilinin inşası məsuliyyətli idi” Basqal tarixi ərazi olduğuna görə burada yeni tikili inşa etmək çox məsuliyyətli idi.
İnfrastruktur
13 Avqust , 2022 20:05
Müslüm İmranlı: “Basqal tarixi ərazi olduğundan burada yeni tikilinin inşası məsuliyyətli idi”

Basqal tarixi ərazi olduğuna görə burada yeni tikili inşa etmək çox məsuliyyətli idi.

“Report” xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi Qoruqları İdarəetmə Mərkəzinin Memarlıq sektorunun müdiri Müslüm İmranlı Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində keçirilən mediatur zamanı qoruğun yeni inzibati binası haqqında məlumat verərkən bildirib.

O qeyd edib ki, qoruğun keçmiş binası köhnə və qəzalı şəraitdə olduğuna görə sökülüb və yeni tikili üçün Bazar meydanı seçilib. Yeni binanın inşasını məsuliyyətli adlandıran sektor müdiri bunu belə əsaslandırıb:

“Yeni tikili yeniliyi ilə yanaşı, həm də ətraf mühitə uyğun olmalı idi. Bunun üçün biz tikilinin divarını yerli daşdan, damını isə burada istifadə olunan metal lövhələrdən layihələndirdik. Tikilinin aşağı hissəsi turizm məlumat mərkəzi və sanitar qovşaq kimi, yuxarı hissəsi isə qoruq işçiləri üçün inzibati otaqlar üçün nəzərdə tutulub. İnzibati otaqlara direktor otağı, iclas otağı, ümumi iş otağı, mətbəx guşəsi, server və anbar otağı daxildir. Ümumilikdə tikilinin əsas istinadı kimi tarixi Yuxarı Şirvan-Lahıc-Basqal memarlığı üslubu götürülüb. Bu bina tarixi memarlığa yeni yanaşmanı sərgiləyir”.

Son xəbərlər

Orphus sistemi