Moskvada Müslüm Maqomayevin xatirə lövhəsinin açılışı olub

Mədəniyyət siyasəti
  • 14 sentyabr, 2017
  • 12:28
Moskvada Müslüm Maqomayevin xatirə lövhəsinin açılışı olub

Bakı. 14 sentyabr. REPORT.AZ/ SSRİ xalq artisti Müslüm Maqomayevin 75 illiyi münasibətilə sentyabrın 14-də Moskva şəhərində xatirə lövhəsinin açılışı olub.

“Report” TASS-a istinadən xəbər verir ki, təntənəli açılış mərasimində Rusiyanın dövlət xadimləri, o cümlədən Moskva merinin sosial inkişaf məsələləri üzrə müavini Leonid Peçatnikov iştirak edib.

Tədbirə mərhum sənətkarın xanımı Tamara Sinyavskaya, Müslüm Maqomayev Mədəni-Musiqi İrsi Fondunun təsisçisi Araz Ağalarov, müğənni Emin Ağalarov da qatılıblar. 

44 filmi