Moskvada heykəltəraş Fazil Nəcəfovun yaradıcılıq albomunun təqdimatı olub

Moskvada heykəltəraş Fazil Nəcəfovun yaradıcılıq albomunun təqdimatı olub Dövlət Şərq Muzeyində azərbaycanlı heykəltəraş, Azərbaycan heykəltəraşlığında avanqardizmin banisi, xalq artisti Fazil Nəcəfovun yaradıcılığına həsr olunmuş albomun təqdimatı keçirilib.
Mədəniyyət siyasəti
14 Oktyabr , 2021 10:21
Moskvada heykəltəraş Fazil Nəcəfovun yaradıcılıq albomunun təqdimatı olub

Dövlət Şərq Muzeyində azərbaycanlı heykəltəraş, Azərbaycan heykəltəraşlığında avanqardizmin banisi, Xalq artisti Fazil Nəcəfovun yaradıcılığına həsr olunmuş albomun təqdimatı keçirilib.

“Report”un Rusiya bürosu xəbər verir ki, tədbirin təşkilatçıları Heydər Əliyev Fondu, Rusiya Mədəniyyət Nazirliyi, Dövlət Şərq Muzeyi və Mərcarni Fondudur.

Tədbiri giriş sözü ilə Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu açıb: “Bizim dövr üçün bu çox nadir haldır. Fazil müəllim 1935-ci il təvəllüdlüdür. Mən ona uzun ömür və yaradıcılıq illəri arzu edirəm. Rəssam və heykəltəraş haqqında danışmaq düzgün deyil. Onun işlərinə tamaşa etmək olar və hər kəs öz fikrini və mülahizəsini irəli sürəcək. Lakin vurğulamaq istərdim ki, sovet dövründə incəsənətdə avanqardizm cərəyanının nümayəndəsi olmaq elə də asan deyildi. Lakin o buna tabe gətirdi və hazırda canlı klassikdir”.

Muzeyin direktoru Aleksandr Sedov ekspozisiyaya Fazil Nəcəfovun həm son illərə aid işləri, həm də yaradıcılığının daha erkən dövrlərində aid əsərləri daxildir. Gecənin əsas ideyası albomun təqdimatı olub: “Albom, bizim köhnə tərəfdaşımız olan Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gəlib. Bu, cari il Heydər Əliyev Fondu ilə birlikdə təşkil etdiyimiz ikinci sərgimizdir. İlk sərgi Nizami Gəncəviyə həsr olunmuşdu. Biz bu əməkdaşlığı yüksək qiymətləndirir və dəyərləndirir, həmçinin onun davamlı olacağına və öz töhfələrini verəcəyinə ümid edirik.

Tədbirin gedişində A.Sedov əsası 1918-ci ildə qoyulmuş Dövlət Şərq Muzeyinin tarixi haqqında məlumat verib: Belə demək mümkünsə muzeyimiz “göbəkbağından” Azərbaycan ilə bağlıdır. 1918-ci ildə muzeyin daxil olmuş ilk eksponat Qarabağ xalçası olmuşdur. Onun inventar nömrəsi 1-dir. Bu xalça muzeyə Tverskaya küçəsində yerləşən mağazadan gətirilmişdi. 1918-ci ildə mağaza milliləşdiriləndə xalça muzeyə verilmişdi”.

Sərginin kuratovu və albomun müəlliflərindən olan Mariya Filatovanın sözlərinə görə, heykəltəraş Fazil Nəcəfovun yaradıcılığına həsr olunmuş albom üzərində 4 il iş aparılıb. Ən əsas müəllif möhtəşəm ədəbi istedada malik olan Fazil Nəcəfovun özüdür. O yazmır, amma elə danışır ki, hər şeyi təsəvvüründə canlandırmaq mümkün olur. Mən də onun hisslərini, intonasiyasını, Bakı dialektini ötürməyə çalışmışam. Digər müəllif isə jurnalist Nonna Müzəffərovadır.

Son xəbərlər

Orphus sistemi