Moskvada azərbaycanlı rəssamın sərgisi açılıb - FOTO

Moskvada azərbaycanlı rəssamın sərgisi açılıb - FOTO Fərhad Fərzəliyevin orijinal performansı mayın 19-dək nümayiş olunacaq
Mədəniyyət siyasəti
14 Aprel , 2017 02:47
Moskvada azərbaycanlı rəssamın sərgisi açılıb - FOTO
Foto: "Report"

Moskva. 14 aprel. REPORT.AZ/ Aprelin 13-də Moskvanın "Fraqment" qalereyasında azərbaycanlı rəssam Fərhad Fərzəliyevin fərdi sərgisi açılıb.

"Report"un Rusiya bürosunun məlumatına görə, "Azərbaycan barokko"su (barokko - XVI - XVIII əsrlərdə yayılmış bədii üslubdur – "Report") adlı sərginin ideyası və ümumi dramaturgiyası Fərzəliyevin iki seriyadan - "Mən sənin yeganə pələnginəm" (2015-ci il) və "Marinanın yubileyi münasibətilə, Marina" (2017-ci il) ibarət işinin dialoqu üzərində qurulub

Rusiyanın tanınmış sənətşünası, "Bədii jurnal"ın baş redaktoru Viktor Mizianonun fikrincə, Fərhadın yaradıcılığı onu əhatə edən mədəni kontekstin qeyri-real təqdim edilməsi təsəvvürünə əsaslandırılıb. Ki, bunu da неоfоlklora aid etmək olar.

Fərhad özü isə hesab edir ki, Azərbaycanda neofolklor məktəbi artıq formalaşıb.

Qalereyanın direktoru Sergey Quşin qeyd edib ki, o, Azərbaycan rəssamının yaradıcılığı ilə tanışlığa şaddır.

"Mənə maraqlıdır ki, o, milli tamlıqla necə işləyir. Bu, mənə çox yaxındır. Mən Azərbaycanda olmamışam, lakin indi ora getməyi və bu ilham qaynağını öz gözümlə görməyi çox istəyirəm", - deyə o bildirib.

Qeyd edək ki, Moskva əhalisi Azərbaycan rəssamının orijinal performansını mayın 19-dək izləyə biləcək.

Son xəbərlər

Orphus sistemi