Minskdə Azərbaycan mədəniyyəti günü keçirilib

Minskdə Azərbaycan mədəniyyəti günü keçirilib Qonaqlara Azərbaycan mədəniyyəti, mətbəxi, məhsulları təqdim olunub
Mədəniyyət siyasəti
12 Avqust , 2017 17:02
Minskdə Azərbaycan mədəniyyəti günü keçirilib

Bakı. 12 avqust. REPORT.AZ/ Belarusun paytaxtı Minsk şəhərində Azərbaycan mədəniyyəti günü keçirilib.

"Report" "CTV" televiziyasına istinadən xəbər verir ki, şəhər meriyası qarşısında təşkil olunan tədbir çərçivəsində qonaqlara Azərbaycan mədəniyyəti, mətbəxi, məhsulları təqdim olunub. 

Bundan başqa, qonaqlar üçün Azərbaycan yeməklərinin bişirilməsi üzrə ustad dərslər də keçirilib. Eyni zamanda tədbirdə Azərbaycan musiqisinin məşhur mahnıları səsləndirilib.

Son xəbərlər

Orphus sistemi