Əməkdar artist, tarzən Sahib Paşazadə Beynəlxalq Muğam Mərkəzinə direktor təyin edilib.
"Report"un əldə etdiyi məlumata görə, bu barədə mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.
Qeyd edək ki, o, “Tərəqqi” medalı, 1998-ci ildə Respublika muğam müsabiqəsinin laureatıdır, Azərbaycan Milli Konservatoriyasının dosentidir.
Azərbaycanda və ölkədən kənarda təşkil olunan çoxsaylı konsertlərdə, festivallarda solo və müğam üçlüyü tərkibində çıxışlar edib, beynəlxalq müsabiqələr laureatıdır.