Meksikalı pianoçu Bakıda konsert verəcək

Meksikalı pianoçu Bakıda konsert verəcək Bakıda meksikalı pianoçu Xesus Lepe Rikonun konserti keçiriləcək.
Mədəniyyət siyasəti
30 Avqust , 2019 12:56
Meksikalı pianoçu Bakıda konsert verəcək

Bakıda meksikalı pianoçu Xesus Lepe Rikonun konserti keçiriləcək. 

Beynəlxalq Muğam Mərkəzindən "Report"a verilən xəbərə görə, konsert sentyabrın 2-də baş tutacaq. 

Konsertdə ifaçı Bax, Bethoven və Şopen kimi məşhur bəstəkarların bir neçə əsərini, eyni zamanda Kastro və Belisario kimi tanınmış meksikalı bəstəkarların bəzi əsərlərini səsləndirəcək. Meksikalı pianoçunun Azərbaycanda çıxışı Meksikanın Beynəlxalq Muğam Mərkəzi və Azərbaycandakı Meksika səfirliyinin əməkdaşlığı əsasında həyata keçirilir. 

Qeyd edək ki, bu konsert pianoçunun Bakı tamaşaçıları ilə ikinci görüşüdür. Pianoçu ötən ilin noyabrında Beynəlxalq Muğam Mərkəzinin səhnəsində maraqlı proqramla çıxış edib.

O, hələ ötən konsertdən sonra təəssüratını bölüşərək sevgi, anlaşma, musiqinin ecazkar sehrinin olduğunu və musiqinin dilinin olmadığını təsdiqlədiyini bildirib: "İfama qonaq olduğum Azərbaycandan aldığım enerjini və xoş təəssüratın pozitivliyini qataraq ifa edirəm. Beynəlxalq Muğam Mərkəzinin səhnəsində çıxış etməkdən isə hədsiz məmnunam".

Xatırladaq ki, Beynəlxalq Muğam Mərkəzi fəaliyyətinin əsas istiqaməti kimi beynəlxalq əlaqalərin genişləndirilməsi və milli irsimizin təbliği məqsədilə səfiriklərlə birgə layihələr həyata keçirir. Merkəzin dəstəyi ilə bu günə kimi Çin, Avstriya, Meksika, Braziliya, İndoneziya, Gürcüstan, Hindistan, Fransa, Rusiya və digər ölkələrlə çoxsaylı birgə layihələr reallaşıb. Mərkəz həm konsert, həm də elmi araşdırma sahəsində səfirliklərlə birgə fəaliyyəti daima genişləndirməkdə davam edir.

Son xəbərlər

Orphus sistemi