Meksika səfiri "Marionet" Teatrında olub

Meksika səfiri "Marionet" Teatrında olub Rodriqo Labardini Meksika və Azərbaycan münasibətlərində mədəni əlaqələrin mühüm rolunu qeyd edib
Mədəniyyət siyasəti
27 Fevral , 2017 17:20
Meksika səfiri Marionet Teatrında olub

Bakı. 27 fevral. REPORT.AZ/ Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini "Marionet" Teatrını ziyarət edərək, teatrın direktoru Tərlan Qorçu ilə görüşüb.

Meksikanın Bakıdakı səfirliyindən "Report"a verilən məlumata görə, teatrın direktoru diplomatı iki ay öncə açılmış teatrın binası ilə tanış edib, onun tarixi barədə məlumat verib.

Səfir R.Labardini Meksika-Azərbaycan münasibətlərində mədəni əlaqələrin vacib rolunu qeyd edib. Bu baxımdan, Meksikada kukla teatrı sənətinin inkişafı və iki ölkənin bu sahəsinin nümayəndələri arasında əməkdaşlığın mümkünlüyü vurğulanıb.

Tərəflər bu cür əlaqələrin qurulması, birgə layihələrin keçirilməsi və Meksika kukla teatrı sənətinin "Marionet" Teatrında nümayiş olunmasının mümkünlüyünü qeyd ediblər. Mədəni mübadilənin qarşılıqlı tanıtım və yaxınlaşmaya yol açdığı vurğulanıb.

Son xəbərlər

Orphus sistemi