Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzlə Bilik Fondu arasında memorandum imzalanıb

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzlə Bilik Fondu arasında memorandum imzalanıb Sənədə əsasən Azərbaycan mədəniyyətinin tədqiqi və təbliği və sairə məsələlər həyata keçiriləcək
Mədəniyyət siyasəti
11 Yanvar , 2017 17:11
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzlə Bilik Fondu arasında memorandum imzalanıb

Bakı 11 yanvar. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında Bilik Fondu ilə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi arasında anlaşma memorandumu imzalanıb.

Bu barədə "Report"a fondun mətbuat xidmətindən məlumat verilib.

Sənədə əsasən, əməkdaşlığın məqsədi mühazirələr və təlimlər, prioritet istiqamətlərdə müxtəlif maarifləndirici tədbirlər keçirməklə ölkə vətəndaşları üçün fayda verəcək bilik və bacarıqların artırılması, Azərbaycan mədəniyyətinin tədqiqi və təbliğinə dəstək verməkdir.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov bildirib ki, 2017-ci ildə Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı üzrə layihələrin həyata keçirilməsində uğurlu əməkdaşlığın inkişafı daha səmərəli nəticələr əldə etməyə imkan verəcək.

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin müdiri Asif Usubəliyev mərkəzin fəaliyyətinin Bilik Fondunun maarifləndirici məqsədləri ilə üst-üstə düşdüyünü vurğulayaraq insan kapitalının hərtərəfli inkişafı üçün ölkə rəhbərliyinin qarşıya qoyduğu hədəflərin bu sahədə iş birliyinə geniş meydan açdığını diqqətə çatdırıb.

Anlaşma memorandumuna əsasən, Azərbaycan mədəniyyətinin tədqiqi və təbliği istiqamətində ölkədə və xaricdə mühazirələrin, tədbirlərin keçirilməsi, müxtəlif aktual mövzularda müştərək elmi-nəzəri və elmi-praktik konfranslar, simpoziumlar, elmi seminarlar, dəyirmi masalar və müzakirələr həyata keçiriləcək. Həmçinin mütəxəssislər arasında bilik və bacarıqlar mübadiləsinin təmin olunması, gənc mədəniyyət işçilərinin hərtərəfli inkişafına və dünyagörüşünün zənginləşməsinə stimul yaradan layihələrin icrası nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi