Mədəniyyət xadimləri Qala divarları, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət edib

Mədəniyyət xadimləri Qala divarları, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət edib Azərbaycanın mədəniyyət xadimlərinin Şuşa şəhərinə səfəri davam edir.
Mədəniyyət siyasəti
18 Sentyabr , 2021 12:43
Mədəniyyət xadimləri Qala divarları, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət edib

Azərbaycanın mədəniyyət xadimlərinin Şuşa şəhərinə səfəri davam edir.

"Report"un məlumatına görə, onlar Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada Qala divarlarını, eyni zamanda, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət ediblər.

İştirakçılara Qala divarlarının işğal dövründə erməni vandalları tərəfindən dağıdıldığı və yenidən bərpa olunması, həmçinin Yuxarı və Aşağı Gövhər Ağa məscidləri barədə məlumat verilib.

Hazırda qala divarlarında təmir işləri davam edir.

Qeyd edək ki, Şuşa şəhərində Üzeyir Hacıbəyli - XIII Beynəlxalq Musiqi Festivalı keçirilir. Bu beynəlxalq tədbir işğaldan azad olunan Şuşa şəhərində keçirilən sayca ikinci festivaldır.

Son xəbərlər

Orphus sistemi