Nazirlik: Zəfər muzeyinin yerləşəcəyi məkan hələlik müəyyənləşməyib

Nazirlik: Zəfər muzeyinin yerləşəcəyi məkan hələlik müəyyənləşməyib Mədəniyyət Nazirliyi ötən gün kütləvi informasiya vasitələrində “Zəfər muzeyi və memorial kompleks bu yerdə olacaq” başlığı ilə yayılan xəbərlərə aydınlıq gətirib.
Mədəniyyət siyasəti
16 Yanvar , 2021 12:40
Nazirlik: Zəfər muzeyinin yerləşəcəyi məkan hələlik müəyyənləşməyib

Mədəniyyət Nazirliyi Zəfər muzeyi və memorial kompleksinin yerləşəcəyi məkanın müəyyən olunması və bununla bağlı qərarın verilməsi barədə məlumatlara aydınlıq gətirib.

Nazirlikdən "Report"a bildirilib ki, Zəfər muzeyinin yaradılması ilə bağlı bir sıra təkliflər hazırlanıb.

"Hazırda Zəfər muzeyinin yeri ilə bağlı müzakirələr davam etdiyindən muzeyin yerləşəcəyi məkan dəqiq müəyyənləşdirilməyib", - qurumdan qeyd edilib.

    Son xəbərlər

    Orphus sistemi