Lənkəranda “Eurovillage” Avropa Mədəniyyəti Festivalı keçiriləcək

Lənkəranda “Eurovillage” Avropa Mədəniyyəti Festivalı keçiriləcək “Lənkəranda iyunun 10-da “Eurovillage” Avropa Mədəniyyəti Festivalı keçiriləcək”.
Mədəniyyət siyasəti
3 May , 2023 12:45
Lənkəranda “Eurovillage” Avropa Mədəniyyəti Festivalı keçiriləcək

“Lənkəranda iyunun 10-da “Eurovillage” Avropa Mədəniyyəti Festivalı keçiriləcək”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko deyib.

“Yaxşı ki pandemiyanın öhdəsindən gələ bildik. Azərbaycan koronavirusla mübarizədə özünü yaxşı tərəfdən göstərib. Nəhayət, biz tədbirləri hər hansı məhdudiyyət olmadan keçirə bilərik. Aİ Nümayəndəliyi may və iyun aylarında bir sıra tədbirlər təşkil etməyi planlaşdırır”, - o vurğulayıb.

O əlavə edib ki, Lənkəran Aİ-nin “EU4Lankaran” və “EU4Culture” kimi layihələrində də təmsil olunur.

Bundan əlavə, nümayəndəlik Bakıda “Taste of Europe” (“Avropanın dadı”) tədbirini təşkil etmək niyyətindədir və bu tədbir çərçivəsində qonaqlar Aİ ölkələrinin mətbəxi ilə tanış ola biləcəklər.

Son xəbərlər

Orphus sistemi