“La Stampa”: “Bakı memarlıq kaleydoskopudur”

“La Stampa”: “Bakı memarlıq kaleydoskopudur” Bakı göydələnlər, ticarət mərkəzləri və dəbdəbəli avtomobillərlə zəngin olan müasir şəhərdir.
Mədəniyyət siyasəti
10 Mart , 2023 15:26
“La Stampa”: “Bakı memarlıq kaleydoskopudur”

Bakı göydələnlər, ticarət mərkəzləri və dəbdəbəli avtomobillərlə zəngin olan müasir şəhərdir.

“Report” xəbər verir ki, bu barədə Marko Morettinin İtaliyanın “La Stampa” nəşrində dərc olunan məqaləsində deyilir.

Müəllif ilk öncə Azərbaycanın paytaxtının tarixi barədə məlumat verir. Onun sözlərinə görə, Bakı şəhəri dəniz limanı və paytaxtı bu şəhərə köçürən Şirvanşahlar sülaləsi sayəsində XII əsrdə qədim İpək yolu üzərində vacib ticarət mərkəzinə çevrilib.

Məqalədə qeyd edilib ki, bu gün Bakı şəhərin tarixi mərkəzində cəmləşmiş şərq ruhu ilə İçərişəhəri əhatə edən müasir hissəsinin qərb ruhunun birləşməsidir.

İçərişəhərdən bəhs edən müəllif onu Bakının “orta əsrlər dövrünün yaddaşı” adlandırır.

O, əlavə edib ki, UNESCO bu tarixi mərkəzi Dünya İrs Siyahısına daxil edib: “Onun ən görməli hissəsi Şirvanşahlar sarayıdır”.

Məqalədə Suraxanıdakı Atəşgah məbədi haqqında da bəhs edilir: “Zərdüşt davamçılarına - oda, suya, havaya, torpağa sitayiş edənlər üçün bundan müqəddəs heç nə ola bilməz”.

M.Morettinin fikrincə, Bakı neoqotika, neomavritan və neorenessans üslubları ilə tikilmiş binalar vasitəsilə azadlığın ən eklektik tərəfinin göstərildiyi memarlıq kaleydoskopudur.

Məqalədə Bakının müasir görünüşündən də bəhs edilir: göydələnlər, Heydər Əliyevin mərkəzi, Alov qüllələri.

Son xəbərlər

Orphus sistemi