Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyi (AYB) ilə birgə koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabiqəsi elan edib.
Mədəniyyət Nazirliyindən "Report"a verilən məlumata görə, müsabiqənin təşkilində əsas məqsəd koronavirus pandemiyasının yaratdığı bəşəri problemlərin və ölkəmizdə bu epidemiyaya qarşı aparılan mübarizənin ədəbiyyat mövzusuna çevirməklə gələcək nəsillərə bədii formada çatdırılması, özündə sosial məsuliyyəti, epidemiyanın təhlükəsi və infeksiyadan qorunmaq barədə informasiyanı ehtiva edən əsərləri ərsəyə gətirməklə əhalinin maarifləndirilməsi və yaradıcı potensialı olan hər bir kəsi müsabiqəyə cəlb etməklə mövzu baxımından yeni hekayələrin yazılmasına stimul verməkdir.
Müsabiqənin şərtləri:
Mükafatlar:
Birinci yer – I dərəcəli diplom və 2 000 manat
İkinci yer – II dərəcəli diplom və 1 500 manat
Üçüncü yer – III dərəcəli diplom və 1 000 manat
2 həvəsləndirici mükafat – xüsusi diplom və 500 manat
Müsabiqənin müddəti:
Müsabiqəyə hekayələrin qəbulu 29 may 2020-ci il tarixində sona çatacaqdır.
12 iyun 2020-ci il tarixinədək qaliblərin mükafatlandırması təşkil olunacaqdır.
Əlavə məlumat üçün müraciət edə bilərsiniz:
Tel.: (051) 359 19 19
(050) 563 05 65
İştirakçılar tərəfindən hekayələr
E-mail: