ICOMOS mədəni irsin qorunması sahəsində Azərbaycan ilə əməkdaşlıq edir

ICOMOS mədəni irsin qorunması sahəsində Azərbaycan ilə əməkdaşlıq edir “Abidələrin və tarixi yerlərin mühafizəsi üzrə Beynəlxalq Şura (ICOMOS) Azərbaycan ilə sıx əməkdaşlıq edir”.
Mədəniyyət siyasəti
8 Dekabr , 2022 11:07
ICOMOS mədəni irsin qorunması sahəsində Azərbaycan ilə əməkdaşlıq edir

“Beynəlxalq Şura (ICOMOS) Azərbaycan ilə abidələrin və tarixi yerlərin mühafizəsi üzrə sıx əməkdaşlıq edir”.

"Report" xəbər verir ki, bunu ICOMOS-un vitse-prezidenti Zeynep Gül Ünal UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, ICOMOS Azərbaycan Milli Komitəsi, ICOM Azərbaycan Milli Komitəsi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Mədəni sərvətlərin qorunmasında UNESCO Konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda keçirilən beynəlxalq elmi konfransda deyib.

O bildirib ki, bu gün çox ciddi problemlərlə üzləşirik: "İqlim dəyişikliyi, hibrid müharibələr - bütün bunlar mədəni irsə ziyan vurur. Bu baxımdan onun qorunub saxlanması məsələsi xüsusilə aktualdır".

Z.G.Ünal bildirib ki, biz Azərbaycan ilə sıx əməkdaşlıq edirik: "Bugünkü tədbir mədəni irsin qorunub saxlanması səylərimizə daha bir töhfə olacaq".

Son xəbərlər

Orphus sistemi