Azərbaycanın böyük xeyriyyəçisi, maarifpərvər və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışı təxirə salınıb.
Bunu ”Report”un sorğusuna cavab olaraq H.Z.Tağıyevin heykəlinin müəllifi Xalq rəssamı Xanlar Əhmədov bildirib.
Onun sözlərinə görə, Bakının mərkəzində - metronun “İçərişəhər” stansiyasının qarşısında ucaldılacaq heykəl hazırda emalatxanadadır və tuncdan tökülüb: “Heykəlin açılışı təxirə salınıb. Bilirsiniz ki, koronavirusla bağlı Azərbaycanda kütləvi tədbirlər, o cümlədən Novruz bayramı şənlikləri ləğv edilib. Bu səbəbdən heykəlin açılışının dəqiq vaxtı bilinmir. Eyni zamanda postamentin tikintisinə də başlanılmayıb. Hesab edirəm ki, koronavirusla bağlı gərginlik azalandan sonra işlər sürətlənəcək və may ayında yekunlaşacaq. Əgər virus yayılmasaydı, onunla bağlı belə gərgin vəziyyət yaranmasaydı, Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışı Novruz bayramına planlaşdırılmışdı. Mən də bütün qrafikimi ona uyğunlaşdırmışdım. Amma hər şey təxirə salındı”.
Qeyd edək ki, Prezident
Xatırladaq ki, ötən il martın 1-də Prezident İlham Əliyev və Birinci vitse-prezident
Daha sonra Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və