Yuxarı

Gürcüstan prezidenti Zəlimxan Yaqubun vəfatı ilə əlaqədar başsağlığı verib

Georgi Marqvelaşvili: Bu, həm Azərbaycan, həm də Gürcüstan üçün böyük itkidir

Bakı. 12 yanvar. REPORT.AZ/ Gürcüstan prezidenti Georgi Marqvelaşvili Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun vəfatı ilə əlaqədar başsağlığı verib.

"Report"un Gürcüstan prezidentinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, G.Marqvelaşvili olayla bağlı "bu, həm Azərbaycan, həm də Gürcüstan üçün böyük itkidir" deyib.

Gürcüstan prezidenti mərhum Z.Yaqubun ölkələr arasındakı ədəbi münasibətlərin inkişafında qiymətsiz rolunun olduğunu vurğulayaraq, Azərbaycan xalq şairinin xidmətlərinə görə Gürcüstanın "Şərəf" ordeni ilə təltif edildiyini xatırladıb.

"Əminəm ki, Zəlimxan Yaqubun əziz xatirəsi və yaradıcılığı gələcək nəsillərin qəlbində daim yaşayacaq", - deyə mətbuat xidmətinin məlumatında bildirilir.

Xatırladaq ki, Azərbaycanın xalq şairi, ictimai xadim Zəlimxan Yaqub yanvarın 9-da dünyasını dəyişib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi