Günay Əfəndiyeva: "Şuşa bu günü çox gözlədi"

Günay Əfəndiyeva: "Şuşa bu günü çox gözlədi" Şuşa şəhərinin 2023-cü ildə Türk Dünyası Mədəniyyət Paytaxtı seçilməsi tarixi addımdır.
Mədəniyyət siyasəti
1 Aprel , 2022 15:11
Günay Əfəndiyeva: Şuşa bu günü çox gözlədi

"Şuşa şəhərinin 2023-cü ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı seçilməsi tarixi addımdır".

Bunu “Report”a açıqlamasında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bildirib.

“Şuşa buna layiqdir. Şuşa bunu çox gözlədi”, - deyən təşkilat rəhbəri bu əlamətdar hadisəyə görə şəhərdə müxtəlif tədbirlər keçiriləcəyini də qeyd edib.

“Bu 30 illik erməni işğalı dövründə törədilən vəhşilikləri, dağıdılmış abidələri insanlar, nəhayət, əyani surətdə görəcəklər. Şuşanın türk dünyasının paytaxtı elan edilməsi ilə bağlı müxtəlif tədbirlər keçirməyi nəzərdə tuturuq. Şuşa bu gün artıq dirçəlir, şəhərdə festivallar, konfranslar keçirilir. Məsələn, ötən il Prezident İlham Əliyevin açılışını etdiyi “Xarıbülbül” festivalı, Vaqif Poeziyası Günləri, bunları cari ildə də keçirəcəyimizi düşünürəm. Gələn il isə Türk Dövlətləri Təşkilatı, TürkPA, TÜRKSOY kimi beynəlxalq təşkilatların himayədarlığı ilə də bir sıra tədbirlər keçiriləcək”, -  G.Əfəndiyeva vurğulayıb.

Son xəbərlər

Orphus sistemi