“Güllələnmiş heykəllər” abidəsi ziyarət olunub

“Güllələnmiş heykəllər” abidəsi ziyarət olunub Mədəniyyət Nazirliyinin nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri Milli Musiqi Günü münasibətilə Azərbaycan Milli İncəsənət Muzeyinin bağındakı “Güllələnmiş heykəllər” abidəsini ziyarət ediblər.
Mədəniyyət siyasəti
18 Sentyabr , 2020 14:16
“Güllələnmiş heykəllər” abidəsi ziyarət olunub

Mədəniyyət Nazirliyinin nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri Milli Musiqi Günü münasibətilə Azərbaycan Milli İncəsənət Muzeyinin bağındakı “Güllələnmiş heykəllər” abidəsini ziyarət ediblər.

"Report"un məlumatına görə, Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov bildirib ki, Ermənistanın Azərbaycan torpaqlarını və musiqi beşiyi sayılan Şuşanı işğal etməsi nəticəsində tarixi abidələrimiz dağıdılıb, ev muzeyləri qarət edilib

"Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün heykəlləri də Ermənistana köçürülüb, oradan da satılmaq üçün Gürcüstana aparılıb. Xoşbəxtlikdən azərbaycanlıların səyi nəticəsində həmin heykəllər 1993-cü ildə alınaraq Azərbaycana qaytarılıb. Bununla da biz öz mirasımıza hörmət göstərmiş olmuşuq", - o deyib.

A.Kərimov heykəllərin üzərində olan güllə izlərini ermənilərin barbar, vəhşi xislətinin sübutu olduğunu vurğulayıb: "Lakin bizim tarixi torpaqlarımıza olan sevgimiz heç vaxt unudula bilməz. İnşallah, bu heykəllər tezliklə öz yerlərinə qaytarılacaq. Bu dahi şəxsiyyətlərin ev muzeyləri bərpa olunacaq".

Sonda Üzeyir Hacıbəyli, Bülbül və Xurşidbanu Natəvanın büstləri önünə güllər düzülüb, xatirələri hörmətlə anılıb.

Son xəbərlər

Orphus sistemi