“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə Aparat rəhbəri təyin edilib

Mədəniyyət siyasəti
  • 20 may, 2025
  • 14:55
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə Aparat rəhbəri təyin edilib

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində yeni təyinat olub. 

"Report" xəbər verir ki, İdarənin Aparat rəhbəri vəzifəsinə Fuad Xəlilov gətirilib.

Qeyd edək ki, o, 1978-ci ildə Bakı şəhərində anadan olub.

O, Azərbaycan Dövlət Neft Akademiyasını “Beynəlxalq iqtisadi əlaqələr” ixtisası üzrə bitirib.

Əmək fəaliyyətinə 2000-ci ildə bank sektorunda başlayaraq “Nikoil Bank”, “Bank Standard” və “Standard Insurance ASC” kimi maliyyə qurumlarında məsul və rəhbər vəzifələrdə çalışıb.

2017–2025-ci illərdə telekommunikasiya sahəsində fəaliyyətini davam etdirən F.Xəlilov “Bakcell” və “Azerconnect Group”da B2B satış və məhsul idarəetməsi sahələrinə rəhbərlik edib.

2020-ci ildə Dövlət Məşğulluq Agentliyində sədrin müşaviri vəzifəsində fəaliyyət göstərərək dövlət idarəçiliyi sahəsində də təcrübə qazanıb.

Fuad Xəlilov

Son xəbərlər

Bütün Xəbər Lenti