Fikrət Qoca I Fəxri xiyabanda dəfn olunub - VİDEO - YENİLƏNİB

Fikrət Qoca I Fəxri xiyabanda dəfn olunub - VİDEO - YENİLƏNİB Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qocanın dəfn mərasimi keçirilir
Mədəniyyət siyasəti
5 May , 2021 15:50
Fikrət Qoca I Fəxri xiyabanda dəfn olunub - VİDEO - YENİLƏNİB
0 : 00
0 : 00

Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qoca dəfn olunub.

“Report” xəbər verir ki, mərhum I Fəxri xiyabanda torpağa tapşırılıb.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq şairinin dəfn mərasiminə əklil göndərib.

15:46

Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qocanın dəfn mərasimi keçirilir.

“Report” xəbər verir ki, mərhumun cənazəsi torpağa tapşırılmaq üçün I Fəxri xiyabana gətirilib.

Dəfn mərasimində Mədəniyyət Nazirliyinin nümayəndələri, Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev, şair və yazıçılar, mədəniyyət xadimləri, Xalq şairinin ailə üzvləri iştirak edirlər.

Qeyd edək ki, F.Qoca bu gün səhər saatlarında uzun sürən xəstəlikdən sonra 85 yaşında dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi