Gürcüstanın paytaxtı Tbilisi şəhərində bu il “Azərbaycan payızı” festivalı keçiriləcək.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Tbilisi sakrebulosunun (şəhər şurası) majoritar deputatı Rima Beradze bildirib.
O deyib ki, festival payız aylarının birində şəhərin Çuqureti rayonunda yerləşən Bakı küçəsində təşkil olunacaq: “Azərbaycan payızı” festivalı Gürcüstan paytaxtında ilk dəfə baş tutacaq. Festival iştirakçıları Azərbaycanın zəngin mədəniyyəti, adət-ənənələri və mətbəxi ilə tanış ola biləcəklər”.
Qeyd edək ki, Tbilisidə dost ölkələrə həsr olunmuş festivalların keçirilməsi ənənəsi 2016-cı ildən davam etdirilir. Ötən ilin may ayında şəhərin Kiyev küçəsində “Ukrayna baharı” festivalı keçirilib.