Bakı. 25 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Fərhad Xəlilovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
"Report"un məlumatına görə, sənədə əsasən, Azərbaycan rəssamlıq məktəbinin inkişafında xidmətlərinə görə Fərhad Qurban oğlu Xəlilov “Şərəf” ordeni ilə təltif edilib.