Mədəniyyət Nazirliyi Cəmil Fərəcovun vəfatı ilə bağlı nekroloq yayıb - YENİLƏNİB

Mədəniyyət Nazirliyi Cəmil Fərəcovun vəfatı ilə bağlı nekroloq yayıb - YENİLƏNİB Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Cəmil Fərəcov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Mədəniyyət siyasəti
1 Avqust , 2023 21:10
Mədəniyyət Nazirliyi Cəmil Fərəcovun vəfatı ilə bağlı nekroloq yayıb - YENİLƏNİB

Mədəniyyət Nazirliyi Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Cəmil Fərəcovun vəfatı ilə bağlı nekroloq yayıb.

"Report" xəbər verir ki, nekroloqda deyilir:

"Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Cəmil Fərəcov vəfat edib.

Azərbaycan Mədəniyyət Nazirliyi mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!"

19:14

Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Cəmil Fərəcov 77 yaşında vəfat edib.

Bu barədə "Report"a ittifaqdan məlumat verilib.

O, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Cəmil Əliqulu oğlu Fərəcov 13 fevral 1946-cı ildə Bakıda anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunu, Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib. 1970-ci ildən "Azərbaycanfilm" kinostudiyasında rejissor işləyir.

Əməkdar incəsənət xadimidir. Ailəlidir, iki övladı, üç nəvəsi var.

Son xəbərlər

Orphus sistemi