Əlişir Nəvai adına Özbəkistan Böyük Teatrı Bakıya qastrol səfərinə gəlib

Əlişir Nəvai adına Özbəkistan Böyük Teatrı Bakıya qastrol səfərinə gəlib Özbəkistan Dövlət Akademik Böyük Teatrı noyabrın 16-17-də Bakıya qastrol səfərində olacaq.
Mədəniyyət siyasəti
16 Noyabr , 2022 11:14
Əlişir Nəvai adına Özbəkistan Böyük Teatrı Bakıya qastrol səfərinə gəlib

Özbəkistan Dövlət Akademik Böyük Teatrı noyabrın 16-17-də Bakıya qastrol səfərində olacaq.

"Report" Özbəkistan mətbuatına istinadən xəbər verir ki, noyabrın 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində tamaşaçılara özbək bəstəkarı Ənvər Erqaşevin “Humo” baleti, noyabrın 17-də isə italyan bəstəkarı Cüzeppe Verdinin “Riqoletto” operası nümayiş etdiriləcək.

Xatırladaq ki, “Humo” baletinin premyerası 2005-ci ildə Əlişir Nəvai adına Dövlət Akademik Böyük Teatrının səhnəsində baş tutub. 2007-ci ildə tamaşaya yazdığı musiqiyə görə müəllif 1-ci dərəcəli Dövlət Mükafatı laureatı adına layiq görülüb.

Qastrol səfərində Özbəkistanın Böyük Teatrının aparıcı solistləri, Xalq artistləri, vokalçıların və balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatları iştirak edəcəklər. Qastrol qrupuna simfonik orkestr, solistlər, xor artistləri və balet truppası daxildir.

Son xəbərlər

Orphus sistemi