Elçin Babayev: Birinci Türkoloji Qurultayla bağlı tədbirlər Türk mədəni irsinin təbliğinə təkan verir
- 30 iyun, 2026
- 09:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Birinci Türkoloji Qurultay çərçivəsində paralel tədbirlərin keçirilməsi Türk mədəni irsinin ali təhsil müəssisələrində təbliğinə təkan verir.
"Report" xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev universitetdə baş tutan "Birinci Türkoloji Qurultayın dərsləri" adlı kitabın təqdimatında deyib.
Onun sözlərinə görə, Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" yekunlaşsa da, onun davamlı müsbət nəticələri olacaq:
"Bu məsələdə özümüzdən də çox şey asılıdır. Davamlı danışıqlar aparılsa, əməkdaşlıqlar qurulsa, əlbəttə, müsbət nəticələri görəcəyik. Bizim əsas məqsədimiz keçirilən konfransın elm sahəsinə töhfə verməsidir. Çox istəyirik ki, gənclər bu istiqamətdə nəşr olunan kitablardan faydalana bilsinlər".