Əbülfəs Qarayev: “Terrorizm bütün dünyanı narahat edir"

Əbülfəs Qarayev: “Terrorizm bütün dünyanı narahat edir" "Terrorizm xəstəlik kimi bir şeydir"
Mədəniyyət siyasəti
25 Aprel , 2016 18:12
Əbülfəs Qarayev: “Terrorizm bütün dünyanı narahat edir

Bakı. 25 aprel. REPORT.AZ/ “Terrorizm bütün dünyanı narahat edir. Amma bu məsələni hansısa bir ölkəyə bağlamaq düzgün deyil. Terrorizm xəstəlik kimi bir şeydir. Bu məsələ ilə bağlı birgə mübarizə aparmalıyıq”.

“Report”un xəbərinə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, terorizmin yaranma səbəbləri var: “Hazırda dünyada terror təhlükəsi var. Təəssüflər olsun ki, bəzi hallarda terror İslam dini ilə əlaqələndirilir. Məncə, terrorizm təhsilin, inancların olmadığı mühitdə formalaşır. Yaxın Şərqdə olan problemlərdən biri marginallaşmadır. İnsanın təcrid olunması bu cür mənfi hallara gətirib çıxarır”.

Son xəbərlər

Orphus sistemi