UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası çərçivəsində bir neçə nominasiyalara baxılıb.
"Report" xəbər verir ki, onlardan biri Çinin Sarı dəniz və Bohay boğazının sahillərinin Dünya İrs Siyahısına daxil edilməsi məsələsi olub.
Qeyd olunub ki, həmin yerin 100 hektara yaxın ərazisi var və bura bəzi quşların miqrasiyası prosesi müşahidə olunur. Orada balıq və miqrant quş cinslərin olduğunu nəzərə alaraq dəniz sahillərinin böyük mühafizəyə ehtiyacı var. Ekosistem və yeni tikinti işləri ilə əlaqədar orada vəziyyət ürəkaçan deyil. Demək olar ki, dəniz sahilində olan 2/3 torpaq hissəsi itirilib. Bildirilib ki, orada turizm imkanları burada məhduddur.
Dənizsahili miqrasiya edən quşların ərazisi olduğundan orada təbii şəraitin qorunması və ekoloji mühitin yaxşılaşdırılması istiqamətində addımlar atılmalıdır. Bəzi çayların axın istiqaməti dəyişdirilib. Çirklənmə yüksək səviyyədədir. Ona görə də vahid ekosistem kimi götürülməlidir.
Müzakirələrdən sonra təklif qəbul edilib.