Bakıda "Visla" Polşa filmləri festivalı keçiriləcək

Mədəniyyət siyasəti
  • 15 noyabr, 2018
  • 12:49
Bakıda Visla Polşa filmləri festivalı keçiriləcək

Bakı. 15 noyabr. REPORT.AZ/ Bakıda III "Visla" Polşa filmləri festivalı keçiriləcək.

"Report" xəbər verir ki, festival çərçivəsində "Varşava döyüşü. 1920", "Ədalətli", "Şəhər 44", "Sevgi vergisi" filmləri və polşalı rejissorların digər işləri nümayiş olunacaq.

Filmləri noyabrın 22-dən 28-dək saat 19:00-da Landmark hotelinin “Rotunda-1” zalında izləmək mümkün olacaq.

Film nümayişlərinə giriş pulsuzdur.

44 filmi