Bakıda Türkmənistan prezidentinin Azərbaycan dilinə tərcümə olunmuş kitabının təqdimatı keçirilib

Bakıda Türkmənistan prezidentinin Azərbaycan dilinə tərcümə olunmuş kitabının təqdimatı keçirilib "Canlı Rovayat" kitabı Türkmənistanın xalçaçılıq sənətinə həsr olunub
Mədəniyyət siyasəti
19 Noyabr , 2015 14:11
Bakıda Türkmənistan prezidentinin Azərbaycan dilinə tərcümə olunmuş kitabının təqdimatı keçirilib

Bakı. 19 noyabr. REPORT.AZ/ Bakıda Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun Azərbaycan dilinə tərcümə olunmuş kitabının təqdimatı keçirilib. "Report" xəbər verir ki, kitab "Canlı Rovayat" (Canlı əfsanə) adlanır və Türkmənistanın xalçaçılıq sənətinə həsr olunub.

Təqdimat mərasimində hər iki ölkənin mədəniyyət nümayəndələri iştirak edib. Azərbaycanın nümayəndə heyətinə mədəniyyət və turizm nazirinin müavini Sevda rəhbərlik edib. O, çıxışı zamanı Türkmənistan prezidentinin xalqının adət-ənənələrini qoruyub saxlamaq istəyini təqdirəlayiq hal kimi dəyərləndirib. S.Məmmədəliyevə xalçaçılığın həm Türkmənistan, həm də Azərbaycan mədəniyyətinin əhəmiyyətli bir hissəsi olduğunu deyib.

Tədbirdə eyni zamanda "Türkmənxalı" İctimai Birliyinin sədri Oqulhajat İşankuliyeva, Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekov, Türkmənistan Dövlət Mədəniyyət Mərkəzinin direktoru Gülcahan Suvxanova, eləcə də "Azərxalça"nın direktoru Əlisəfa Nuriyev çıxış edərək, kitab və xalqlarımız arasındakı mədəni əlaqələrdən danışıb.

Təqdimat mərasiminin sonunda proqramın mədəniyyət bölümü nümayiş etdirilib, Türkmənistandan olan artistlər milli musiqilər ifa edib, milli rəqslər oynayıb.

Qeyd edək ki, "Canlı Rovayat" kitabı 400 səhifədən ibarətdir və 2011-ci ildə nəşr edilib.

Son xəbərlər

Orphus sistemi