Bakı. 30 oktyabr. REPORT.AZ/ Bakıda Tacikistanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Tacik Mədəniyyəti gecəsi keçirilib.
“Report” xəbər verir ki, Tacikistanın Azərbaycandakı səfiri Rüstəm Sali çıxışı zamanı qədim tacik mədəniyyətinin, o cümlədən mətbəxinin zənginliyi barədə məlumat verib.
Tədbir zamanı milli geyimlər və müxtəlif milli təamlar təqdim olunub.