"Azərbaycan və
"Report" xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas Bakıda 10-cu illik Avropa Film Festivalının keçirilməsi münasibətilə təşkil edilən mətbuat konfransında deyib.
Səfirin sözlərinə görə, qarşıdakı festival azərbaycanlıların Avropa mədəniyyəti ilə tanış olmasının daha bir yolu olacaq: "10 il ərzində Azərbaycan tamaşaçısına, təxminən, 150 Avropa filmi nümayiş etdirmişik. Bu il festivalımız yibiley xarakterlidir. Festival çərçivəsində 15 film nümayiş etdiriləcək. Onlardan birinin rejissoru azərbaycanlıdır. Bundan əlavə, festivala Almaniyadan və Latviyadan da iki rejissor gələcək".
K.Yankauskas bu il festivalda Aİ-nin 14 ölkəsindən filmlərin, eyni zamanda bir azərbaycanlı rejissorun kino işinin təqdim olunacağını vurğulayıb.
Səfir həmçinin siyasi razılaşmaların əldə olunması üçün mədəni əlaqələrin də vacibliyini qeyd edib.
Öz növbəsində, Niderlandın Azərbaycandakı səfiri Onno Kervers Bakı tamaşaçılarının qarşıdakı film festivalında izləyəcəyi filmlərin onlara Avropa mədəniyyətinin nə qədər müxtəlif olduğunu görmək və anlamaq üçün fürsət verəcəyinə əminliyini bildirib.
Qeyd edək ki, Bakıda 10-cu Avropa Film Festivalı oktyabrın 2-dən 16-dək keçiriləcək.