Bakı. 25 sentyabr. REPORT.AZ/ Bakıda sentyabrın 26-da "Qədim Misir nağılları kiçik yaşlı Azərbaycan rəssamlarının gözü ilə" adlı rəsm sərgisinin təqdimatı keçiriləcək.
"Report"un məlumatına görə, sərgi Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi və F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən "Azərkitab" mərkəzində təşkil olunacaq.
Sərgidə Azərbaycana səfərə gələcək Misir Milli Kitabxanasının və Arxivlərinin müdiri Əhməd Seyyid Məhəmməd Şövki də iştirak edəcək.
Sərginin təqdimat mərasimdə Ə.Şövki balaca rəssamlara və iştirakçı qonaqlara qədim Misir nağılları, xüsusi ilə "Ələddin və sehrli köynək" haqqında məlumat verəcək.
"İslam Həmrəyliyi ili" çərçivəsində keçiriləcək tədbirin əsas məqsədi uşaqları gələcək naminə düzgün maarifləndirmək, uşaqların dünya ədəbiyyatına, folkloruna, nağıllarına və mütaliəyə olan maraqlarını artırmaqdır.