Bakıda Ölülər Gününə həsr olunmuş Meksika sərgisi keçirilib

Bakıda Ölülər Gününə həsr olunmuş Meksika sərgisi keçirilib Meksikanın Azərbaycandakı səfirliyi Bakıda ölkənin milli bayramı olan Ölülər Gününə həsr olunmuş “Sompantli” adlı sərgi keçirib.
Mədəniyyət siyasəti
4 Noyabr , 2021 17:31
Bakıda Ölülər Gününə həsr olunmuş Meksika sərgisi keçirilib

Meksikanın Azərbaycandakı səfirliyi Bakıda ölkənin milli bayramı olan Ölülər Gününə həsr olunmuş “Sompantli” adlı sərgi keçirib.

“Report” xəbər verir ki, tədbirdə Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini iştirak edib.

Səfir sərgi iştirakçılarını salamlayaraq, bunun Meksika üçün vacib bayram olduğunu qeyd edib. “Biz ölümü başqa cür qəbul edirik. Hesab edirik ki, ölüm həyatın hissəsidir, həyat isə ölümün əvvəlidir”, - səfir deyib.

Meksikada Ölülər Günü insanlar vəfat etmiş qohumlarının ruhları ilə ünsiyyətdə olmaq üçün qəbiristanlıqları ziyarət edirlər. Həmin gün qəbirlərin üstü şəkillər və müqəddəs sayılan şeylərlə bəzədilir, ölülərin sevimli içkiləri və yeməkləri gətirilir. Bütün bunlar ruhları dünyaya baş çəkməyə həvəs oyatmaq üçün edilir. Bayramı qeyd edənlər inanırlar ki, Ölülər Günü ölmüş şəxslərin ruhları öz qohumlarını və dostlarını ziyarət edir.

Sərgidə Azərbaycan rəssamlarının bu günlə bağlı baxışını əks etdirən rəsmlər nümayiş olunub.

Səfirlik rəsm müəlliflərini diplomlarla təltif edib.

Son xəbərlər

Orphus sistemi