Bakıda meskal festivalının açılışı olub

Bakıda meskal festivalının açılışı olub Meskal festivalı Bakıda ikinci dəfə keçirilir
Mədəniyyət siyasəti
273
31 Oktyabr , 2016 16:55
Bakıda meskal festivalının açılışı olub

Bakı. 31 oktyabr. REPORT.AZ/ Bakıda Meksikanın ənənəvi alkoqollu içkisi olan meskal festivalının açılışı olub.

"Report" xəbər verir ki, açılış tədbiri Meksikanın Azərbaycandakı səfirinin iqamətgahında baş tutub. Tədbirdə aparıcı KİV-in jurnalistləri və bloqçular iştirak ediblər.

Tədbirin əvvəlində tanınmış meksikalı meskalçı Serxio İnnurqarro meskalın növləri və onların hazırlanması qaydaları barədə məlumat verib. Qeyd olunub ki, meskal aqava yarpaqlarından hazırlanan Meksikanın ənənəvi alkoqollu içkisidir. Festival Bakıda noyabrın 5-dək keçiriləcək.

Qeyd edək ki, meskal festivalı Bakıda ikinci dəfə keçirilir. Bu içkinin dequstasiyası Bakının məşhur restoranlarında keçiriləcək.

Son xəbərlər

Orphus sistemi