Bakı. 17 may. REPORT.AZ/ Mayın 21-23-də Azərbaycanda məşhur pianoçu Argentina Duranın ifasında Meksikanın musiqi sənəti təqdim olunacaq.
"Report" xəbər verir ki, bu barədə Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli ilə görüşündə bildirib.
Qeyd olunub ki, konsert proqramı XIX və XX əsr Meksika bəstəkarlarının əsərlərindən ibarət olacaq və bunun sayəsində Azərbaycan ictimaiyyəti Meksikanın musiqi sənəti haqqında daha çox məlumat ala və öyrənə biləcək.
Bundan başqa, bir neçə konsertdən əlavə, Azərbaycan Musiqi Akademiyasının və Rəşid Behbudov adına Dövlət Musiqili Teatrının konsert zallarında A.Duranın iştirakı ilə master-klasslar keçiriləcək.