Bakı. 13 noyabr. REPORT.AZ/ Bakıda "Suvar" ləzgi musiqisi və rəqsləri ansamblının konserti keçiriləcək.
"Report" xəbər verir ki, konsert dekabr ayının 21-də saat 18.00-da Akademik Opera və Balet Teatrında olacaq. Tamaşaçılar ləzgi xalqının milli mahnıları və rəqsləri ilə tanış olmaq imkanı əldə edəcəklər.
Biletlərin qiyməti 10-20 manat arasında dəyişir.
Qeyd edək ki, "Suvar" ləzgi musiqisi və rəqsləri ansamblının konsertləri hər il keçirilir.