Bakıda kubalı musiqiçilərin konserti keçiriləcək
Mədəniyyət siyasəti
- 03 aprel, 2019
- 13:54
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Aprelin 9-da Bakıda kubalı gitara ustalarının - Eduardo Martin və Əhməd Dikinson Kardenasın “Sones y Flores” (oğullar və çiçəklər) adlı konserti keçiriləcək.
“Report” Kuba Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, konsertdə E.Martin tərəfindən bəstələnən 19 kompozisiya səsləndiriləcək.
2003-cü ildə “Grammy” mükafatına layiq görülmüş E.Martin həm vətənində, həm də Amerika və Avropa ölkələrində fərdi konsertlər, seminarlar, ustad dərsləri keçirib.
Görkəmli sənətkar, prodüser və müəllim olan Ə.D.Kardenas paytaxt Havana şəhərində Ali Sənətlər İnstitutunun, habelə Böyük Britaniyanın Kral Musiqi Kollecinin və “Guidhall School” məktəbinin məzunudur. Azərbaycanda ikinci dəfədir çıxış edəcək.
Son xəbərlər
09:29
Azərbaycan neftinin qiyməti 106 dollara düşüb
Energetika
09:24
Foto
Məleykə Abbaszadə V "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
Elm və təhsil
09:22
UEFA Konfrans Liqasında III turun oyunları keçiriləcək
Futbol
09:18
"Bitcoin" və "Ethereum"un qiymətləri artıb
Maliyyə
09:14
UEFA Avropa Liqası: "Beşiktaş" Şotlandiya, "Yuventus" Niderland klubu ilə qarşılaşacaq
Futbol
09:12
Foto
ADSEA daşqın və sel sularından mühafizə ilə bağlı işlər həyata keçirir
İnfrastruktur
09:10
Yaponiyada mobil rabitənin işində genişmiqyaslı nasazlıq baş verib
İKT
09:10
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (05.11.2026)
Maliyyə
09:09
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (05.11.2026)
Maliyyə