Bakı. 2 iyul. REPORT.AZ/ Bakıda Koreya Respublikası səfirliyinin təşkilatçılığı ilə Koreya mətbəxi adlı festival keçirilib.
Səfirlikdən "Report"a verilən məlumata görə, tədbir zamanı Koreyadan gələn 4 aşpaz bu ölkənin milli mətbəxinə aid Galbijjim, Dakgalbi və Kimçi kimi yeməkləri təqdim edib.
Bundan əlavə, Koreyanın milli spirtli içkisi olan Makgeolli likyoru da qonaqlara təqdim olunub. Koreya yeməyini dadmaq məqsədi ilə dövlət rəsmiləri və yüksək səviyyəli qonaqlar tədbirə qatılıblar.
Səfir Kim Çanq-qyu festivalın açılışında koreyalı aşpazların səfərinin və bu tədbirin keçirilməsinin mədəni əlaqələrin inkişafına böyük töhfə verəcəyini əminliklə vurğulayıb.
Azərbaycan Milli Kulinariya Assosiasiyasının İdarə Heyətinin üzvü, baş kulinar Tünzalə Məmmədzadə iki ölkənin kulinariya assosiasiyaları arasında münasibətlərin inkişafı haqqında fikirlərini bölüşüb.